Qəza Rəisiyə yox, bu şəxsə görə törədilib?
"İran prezidenti İbrahim Rəisinin şübhəli ölümü bu sualları yaratdı: Bu bir qəzadır, yoxsa sui-qəsd? Rəisi İran daxilindəki güc savaşlarının qurbanı oldu?"
Ulusum.az xəbər verir ki, bunu "Hürriyet"in köşə yazarı Abdulkadir Selvi öz məqaləsində qeyd edib. O, prezidentin yararsız helikopterlə uçmasının şübhəli olduğunu bildirib:
"Digər iki helikopter işlək olduğu halda, prezident niyə təsisatı yetərsiz olan helikopterlə uçuruldu? Hava şəraiti helikopter üçün təhlükəli olduğu halda, niyə uçuş həyata keçirildi?
Prezidentin olduğu helikopterdə ELT cihazı (Emergency Locator Transmitter) niyə yox idi? Bu cihaz özəl, hərbi və sərnişin təyyarələrində və helikopterlərdə mövcud olur, hətta gəmilərdə də olur. Tək istisna, gizli missiyalar zamanı, kəşfiyyat orqanlarının istifadə etdiyi təyyarələrdə izlənmə mümkün olmasın deyə, pilot tərəfindən söndürülür".
Selvinin sözlərinə görə, Rəisi İrandakı daxili mübarizələr səbəbindən öldürülə bilər: "Dini lider Xameneinin yaşı səbəbindən İranda dini liderlik üçün güc savaşı yaşanır. İbrahim Rəsini liderin seçiləcəyi heyətdə yer alır və ən güclü namizədlərdən idi Lakin dini liderin ətrafındakı bir qrup Əli Xameneinin oğlu Müctəbaninin seçilməsinin tərəfdarıdır.
Hər kəs İbrahim Rəisini müzakirə edir, lakin İran XİN rəhbəri Abdullahian İran rejimi içərisində əhəmiyyətli şəxs hesab edilirdi. O, Rəisidən sonra prezident namizədləri arasında göstərilirdi. Əgər bu sui-qəsd idisə, "bir daşla iki quş" vurdular".
Abdulkadir Selvi həmçinin qeyd edib ki, İbrahim Rəisi İran rejimi içində Azərbaycanla yaxşı münasibətlər qurma tərəfdarı olanlardan idi və sui-qəsdin İranın Azərbaycanla yaxınlaşmasını istəməyən güclər tərəfindən təşkil edilməsi ehtimalı var.
İran prezidenti İbrahim Rəisinin şübhəli ölümü bu sualları yaratdı: Bu bir qəzadır, yoxsa sui-qəsd? Rəisi İran daxilindəki güc savaşlarının qurbanı oldu?"
Ulusum.az xəbər verir ki, bunu "Hürriyet"in köşə yazarı Abdulkadir Selvi öz məqaləsində qeyd edib. O, prezidentin yararsız helikopterlə uçmasının şübhəli olduğunu bildirib:
"Digər iki helikopter işlək olduğu halda, prezident niyə təsisatı yetərsiz olan helikopterlə uçuruldu? Hava şəraiti helikopter üçün təhlükəli olduğu halda, niyə uçuş həyata keçirildi?
Prezidentin olduğu helikopterdə ELT cihazı (Emergency Locator Transmitter) niyə yox idi? Bu cihaz özəl, hərbi və sərnişin təyyarələrində və helikopterlərdə mövcud olur, hətta gəmilərdə də olur. Tək istisna, gizli missiyalar zamanı, kəşfiyyat orqanlarının istifadə etdiyi təyyarələrdə izlənmə mümkün olmasın deyə, pilot tərəfindən söndürülür".
Selvinin sözlərinə görə, Rəisi İrandakı daxili mübarizələr səbəbindən öldürülə bilər: "Dini lider Xameneinin yaşı səbəbindən İranda dini liderlik üçün güc savaşı yaşanır. İbrahim Rəsini liderin seçiləcəyi heyətdə yer alır və ən güclü namizədlərdən idi Lakin dini liderin ətrafındakı bir qrup Əli Xameneinin oğlu Müctəbaninin seçilməsinin tərəfdarıdır.
Hər kəs İbrahim Rəisini müzakirə edir, lakin İran XİN rəhbəri Abdullahian İran rejimi içərisində əhəmiyyətli şəxs hesab edilirdi. O, Rəisidən sonra prezident namizədləri arasında göstərilirdi. Əgər bu sui-qəsd idisə, "bir daşla iki quş" vurdular".
Abdulkadir Selvi həmçinin qeyd edib ki, İbrahim Rəisi İran rejimi içində Azərbaycanla yaxşı münasibətlər qurma tərəfdarı olanlardan idi və sui-qəsdin İranın Azərbaycanla yaxınlaşmasını istəməyən güclər tərəfindən təşkil edilməsi ehtimalı var.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
2-05-2024, 15:03
VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib. ULUSUM.az xəbər
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
20-05-2024, 09:10
İran prezidenti İbrahim Rəisi 19 may 2024-cü ildə helikopterinin yerə sərt enməsi nəticəsində həlak olub. Helikopterin
20-05-2024, 18:43
Helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisi ölkənin dini lideri Əli Xameneyinin varisi idi.
20-05-2024, 23:28
Helikopter qəzasında həlak olan İbrahim Rəisinin meyiti barmağındakı üzükdən tanınıb. Ulusum.az xəbər verir ki, bununla
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Dünən, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Dünən, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
22-11-2024, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
22-11-2024, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib