Müdafiə Nazirliyinin rəhbər heyətinin GÖRÜŞÜ

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

18 may 2024 09:59 (UTC +04:00)
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərlə görüşüb.
Ulusum.az xəbər verir ki, görüş zamanı general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışıb.
Müdafiə nazirinin birinci müavini səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Baş Qərargah rəisi hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb. Onların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:00
Şiddətli yağışlar Pakistanın şimalında faciəyə yol açdı
Dünya
Bu gün, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Dünya
Bu gün, 14:00
ABŞ-ın birinci ledisindən Putinə çağırış - FOTO
Dünya
Bu gün, 13:30
İtaliya lideri Tramp-Zelenski görüşünə qatılacaq
Sağlamlıq
Bu gün, 13:00
Dildəki örtük sağlamlıq barədə nə deyir?
Hadisə
Bu gün, 11:30
DSX-yə məxsus binada yanğın oldu
Cəmiyyət
Bu gün, 11:00
Avqustun 17-si üçün hava proqnozu açıqlandı
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO