Natiq Mehdi niyə öldürüldü? - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Müsavat Partiyasının fəalı Natiq Mehdinin (Ulubəy) qətli ilə bağlı məlumat yayıb.
Ulusum.az məlumatı təqdim edir:
"Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə, saat 23.00 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub".
Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Ədəbi sənət
Bu gün, 11:24
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Cəmiyyət
Bu gün, 10:45
Bayramdan Əvvəl Pul Gəlir! Pensiyaçılara Müjdə!
Cəmiyyət
Bu gün, 10:17
“AZSIĞORTA” ASC-də yeni təyinat
Texnologiya
Bu gün, 10:00
Selçuk Bayraktar: Can Azərbaycanla birlikdə gələcəyin texnologiyalarını qururuq
Cəmiyyət
Bu gün, 09:36
Hava yenidən PİSLƏŞƏCƏK
Hadisə
Bu gün, 09:10
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər həyatını itirdi
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
19 dəqiqəlik alqış — Kann Film Festivalının emosional şah əsəri - FOTO
Sabir Rüstəmxanlı – Əbədi Sevginin və Milli Ruhun Səsi
Misralarla danışan ömür: Sabir Sarvanın iz qoyan sözləri