Fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı TƏLİM

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlərin ikinci mərhələsi başlayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Ulusum.az-a verilən məlumata görə, mayın 13-14-də Gəncə şəhərində keçiriləcək təlimlərdə 1110 fermerin iştirakı gözlənilir.
Təlimlərə ilkin mərhələdə hər hansı səbəbdən iştirak etməmiş, yaxud qeydiyyatdan gec keçmiş təsərrüfat rəhbərləri cəlb olunub. Fermerlərə təlimlərin yeri və tarixi ilə bağlı SMS-bildiriş göndərilib.
Qeyd edək ki, bundan əvvəl Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlim keçirilib. Təlimlərdə 4042 fermer iştirak edib.
ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub.
Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayırlar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:33
Universitet müəllimi dünyasını dəyişdi
Hadisə
Bu gün, 16:28
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Gündəm
Bu gün, 15:00
Türk brendinin Azərbaycandakı mağazaları bağlanır?
Dünya
Bu gün, 14:00
Soros və ailəsinə qarşı istintaq başlaya bilər
Sağlamlıq
Bu gün, 12:00
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Siyasət
Bu gün, 10:00
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
Dünya
Bu gün, 10:00
Fidan İsrailə qarşı tədbir çağırışı etdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?