10-05-2024, 09:00 0 Gündəm / Hadisə

Gənc futbolçu ağır qəzanın QURBANI OLDU - EKSKLÜZİV

Gənc futbolçu ağır qəzanın QURBANI OLDU - EKSKLÜZİV
Kocaelinin Gebze rayonunda avtomobilin 10 metrlik istinad divarından uçması nəticəsində baş verən dəhşətli qəzada ağır yaralanan Darıca Sports U17 futbolçularından Bayram Qaymaz 11 günlük həyat mübarizəsini itirib.

Ulusum.az xəbər verir ki, Aprelin 29-da “Peugeot” markalı avtomobili ilə hərəkətdə olan Enes T.T., idarəetməsini itirib. Bu zaman avtomobil təxminən 10 metrlik istinad divarından meşəlik əraziyə aşıb.

Hadisə şahidləri dərhal avtomobilə tərəf qaçıblar. 112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra əraziyə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Nəqliyyat vasitəsinin sürücüsü Enes T.T. və sərnişinlər İbrahim G., Bayram Qaymaz, Emir A. və Yunus Emre Savaş xəstəxanaya aparılıb.

Yaralılar arasında Yunus Emre Savaş, Bayram Qaymaz və Emir A.-nın Darıca Sports U17 və U18 futbolçularının olduğu məlum olub. Vəziyyəti ağır olan və "Darıca Spor U18"də çıxış edən Yunus Emre Savaş mayın 1-də dünyasını dəyişib. 11 gün xəstəxanada müalicə olunan ağır yaralı Bayram Qaymazın da həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, 17 yaşlı futbolçu avtoqəzanın qurbanı oldu..

Aymirə Ağamirova

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: