Gəncədəki davaya görə 3 nəfər SAXLANILDI

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Bu barədə Ulusum.az saytına Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb: "Əməli törətməkdə şübhəli bilinənlər - şəhər sakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədov saxlanılıblar. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında xoşagəlməz hadisə baş verib. Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.
İnsidentə səbəb isə matç zamanı "Qəbələ" futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı "Qəbələ"nin futbolçularından Ş.R. və Ə.G. ciddi xəsarət alıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 14:25
Xatirə İslamdan Tacir Şahmaloğluna sərt cavab: “Atam sağdır, hansı mahnını öyrətmisiniz mənə?”
Cəmiyyət
Dünən, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Dünən, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Dünən, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Tramp tərəfdarı 31 yaşlı Çarli Kirk güllələndi