19-04-2024, 17:15 0 Hadisə / Gündəm

Kafedə qadını diri-diri YANDIRDI - EKSKLÜZİV VİDEO

Kafedə qadını diri-diri YANDIRDI  - EKSKLÜZİV VİDEO

Dəhşətli hadisə Tovuz rayonunda baş verib. Belə ki, rayon sakini qadının üstünə benzin tökərək yandırıb, nəticədə, zərərçəkən ağır yanıq xəsarətləri alıb. 

Ulusum.az-ın qərb bürosunun əldə etdiyi məlumata əsasən, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, təcili olaraq Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 Ulusum.az ın Qərb Bürosu


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: