Bu gün, 11:30 0 Gündəm

Sabah Gəncədə Foto Sərgi və Film Nümayişi keçiriləcək

Sabah Gəncədə Foto Sərgi və Film Nümayişi keçiriləcək

Gəncə şəhərində unikal bir mədəniyyət tədbiri – "Əsrlərin şahidi Gəncə" adlı foto sərgi keçiriləcək.


Ulusum.az-ın Gəncədəki bölgə bürosu xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, "Bakı Abadlıq Xidməti" və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə “Əsrlərin şahidi Gəncə” adlı unikal foto sərgi keçiriləcək.

Tədbir sabah Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutacaq və şəhərin tarixi keçmişini, köhnə və yeni fotolar vasitəsilə təqdim edəcək.

Sərgidə Gəncənin müxtəlif dövrlərə aid fotoşəkilləri nümayiş olunacaq. Həmçinin, “Gəncə tarixinin cizgiləri” adlı film tamaşaçılar üçün xüsusi təqdim ediləcək. Film qədim fotolara yeni həyat verərək şəhərin zəngin mədəni irsini müasir vizual texnologiyalarla canlandırır.

R.D

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: