Bu gün, 11:07 0 Gündəm

Gəncədə hemodializ xəstələri xəstəxanadakı xidmətdən narazıdırlar

Gəncədə hemodializ xəstələri xəstəxanadakı xidmətdən narazıdırlar

Abbas Səhhət xəstəxanasında hemodializ xəstələrinin narazılığı – kateter problemi


Abbas Səhhət adına xəstəxananın hemodializ şöbəsində qeydiyyatda olan bir qrup xəstənin yaxınları kateterlərin tez-tez dəyişdirilməsi ilə bağlı narazılıq edirlər.

Ulusum.az-ın bölgə bürosunun Gəncədən təqdim etdiyi görüntünü sizə təqdim edirik.

Onların sözlərinə görə, hər ay bu məsələ ilə üzləşmək xəstələri ciddi şəkildə narahat edir və bu proses onların psixoloji vəziyyətinə də təsir göstərir.

Məsələ ilə bağlı *Xəzər Xəbər*ə verilən rəsmi açıqlamada bildirilir ki, permanent katetrlərin mütəmadi yuyulması tibbi protokollarda nəzərdə tutulmayıb.

Kateter tutulduqda yalnız səbəbi araşdırılır və protokollara uyğun şəkildə dəyişdirilir.
Qeyd olunub ki, həm ilkin yerləşdirmə, həm də dəyişdirmə prosedurları İcbari Tibbi Sığorta çərçivəsində tam ödənişsiz həyata keçirilir.



Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: