Bu gün, 11:49 0 Gündəm

Marşrut avtobuslarında minimum gedişhaqqı 60 qəpik oldu

Marşrut avtobuslarında minimum gedişhaqqı 60 qəpik oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.


Ulusum.az bu barədə nazirliyə istinadən xəbər verir.

İctimai Nəqliyyatın Yenilənməsi və Yeni Tariflər – 2025-2030 Dövlət Proqramı

2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, ictimai nəqliyyat infrastrukturu mərhələli şəkildə yenilənir. Yeni metro stansiyaları, elektrik mühərrikli avtobuslar, depolar və enerji sistemləri inşa edilir. Prezident fərmanı avtobus parkının yenilənməsini sürətləndirir:

Bakıda 100, Gəncədə 244, Sumqayıt və Abşeronda 85, Naxçıvanda 60 elektrik avtobus artıq istifadədədir və ilin sonuna qədər bu say artırılacaq. Qarabağda 2026-cı ilə qədər 162 elektrikli avtobus istifadəyə veriləcək. Metroda 10 yeni stansiyanın layihələndirilməsi tamamlanır, 2026-cı ildə bir stansiya açılacaq, 65 yeni vaqondan 35-i istifadədədir, 2030-cu ilə qədər əlavə 299 vaqon alınacaq.

Oktyabrın 1-dən metroda bir gedişin qiyməti 60 qəpik olacaq. Müasir, nağdsız ödənişli və ekoloji təmiz avtobuslarda minimum tarif 60 qəpik müəyyən olunub. Yeni tariflər Bakının təxminən 30%-lik marşrut şəbəkəsində tətbiq ediləcək, digər marşrutlarda qiymət dəyişməyəcək.



Tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron və digər regionlarda fəaliyyət göstərən müasir avtobuslara da aid ediləcək. Bu tədbirlər avtobus parkının yenilənməsini sürətləndirəcək, nağdsız ödənişi təşviq edəcək və sərnişindaşımada şəffaflığı artıracaq.

R.D

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: