Bu gün, 11:22 0 Gündəm

Nasaz avtomobillər yolda təhlükə saçır – DİN-dən sürücülərə xəbərdarlıq

Nasaz avtomobillər yolda təhlükə saçır – DİN-dən sürücülərə xəbərdarlıq

"Müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər".



Ulusum.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında qeyd olunub.

Nəqliyyat vasitəsi yolun hərəkət hissəsində nasaz qaldıqda sürücü təhlükəsizlik tədbirlərini mütləq görməlidir. Qəza dayanma nişanı ən azı 30 metr məsafədə quraşdırılmalı, siqnal işıqları yandırılmalıdır. Sürücülərin bu qaydalara əməl etməməsi əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.

DİN sürücüləri diqqətli olmağa və qanunlara riayət etməyə çağırır.

R.D

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: