Bu gün, 12:34
0
---
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

İrandan Azərbaycana 8 kq-dan artıq narkotik vatisə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Ulusum.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "90-BJ-616" dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:10
Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
Gündəm
Bu gün, 11:46
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Gündəm
Bu gün, 11:30
Sabah Gəncədə Foto Sərgi və Film Nümayişi keçiriləcək
Populyar Xəbərlər
Kəmalə Rəcəbovanın mətbəxindən – Duzlu Balıq Dolması Ərzaqlar
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Loqoped Jalə Bənnayeva: “Səs pozuntusu logopedin daha yaxın dostudur”
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Uzman Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!