Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
Bakı Dövlət Universitetinin (BDU) doktorant və tələbələrindən ibarət heyət 29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) iştirak edir.
BDU--indən Ulusum.az-a verilən məlumata əsasən , Azərbaycan Milli Elmi Komandasının tərkibində BDU-nun SABAH qruplarının “Kompüter elmləri” ixtisasının IV kurs tələbəsi Bəxtiyar Novruzov, “Riyaziyyat müəllimliyi” ixtisasının IV kurs tələbəsi Nuray Səfərli, “Kimya müəllimliyi” ixtisasının məzunu, BDU-nun doktorantı Qəmzə Yahyayeva Bakı Dövlət Universitetini və ölkəmizi Beynəlxalq Astronavtika Konqresində uğurla təmsil edirlər.
Bu nüfuzlu tədbir kosmos sənayesi və akademiyasının ən yeni inkişafını, tədqiqatları və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün dünya miqyasında bir araya gələn platformadır.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
