Paşinyan Bakıya GƏLƏCƏK?
“Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir. Təsəvvür edirsinizmi, üstündən 32 il keçməsinə baxmayaraq, lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır. Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər”.
Ulusum.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, 90-cı illərin 1 milyon məcburi köçkün, qaçqın, məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərimizə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb”.
Zahid Oruc bildirib ki, dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıya salınmayıb: “Sənədin birinci variantından “türkiyəli komandirlər” Bəhtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir”.
Deputat qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür: ““Gürcü arzusu”nun lideri İvanişvli haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizdən xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər.
Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar.
Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını “qara siyahı”da dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni, Paşinyanı Bakıya dəvət etmək olar, məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu isə birdəfəlik bağlanmalıdır”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
23-04-2024, 12:00
19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin
2-05-2024, 17:00
Mayın 2-də Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarası
3-05-2024, 15:38
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 7-də keçiriləcək. ULUSUM.az xəbər verir ki, toplantının
20-04-2024, 11:24
Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Bu barədə ULUSUM-a Milli Məclisin Mətbuat və
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:45
Tramp ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi vəzifəsinə Keyt Kelloqun namizədliyini rəsmən irəli sürüb
Hadisə
Bu gün, 10:43
Ukrayna Kursk vilayətində onlarla Rusiya dəniz piyadasının əsir götürüldüyünü açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:41
Şalva Papuaşvili: "Gürcüstan bu gün Avropa Birliyinə üzv olarsa, Gürcüstan iqtisadiyyatı tənəzzülə uğrayacaq"
Texnologiya
Bu gün, 10:37
Elon Musk tezliklə Kanadada iflic olan insanlar üçün robot qolu sınaqdan keçirməyə başlayacaq
Hadisə
Bu gün, 10:35
Suriyada Əsəd rejimini müdafiə edən Vaqner qruplaşmasının bir neçə əsgəri öldürülüb
Cəmiyyət
Bu gün, 10:29
Bayden administrasiyası Kiyev üçün 725 milyon dollarlıq silah paketi hazırlayır
Hadisə
Bu gün, 10:27
Yaponiyanın hakim partiyasının parlament üzvünün ailəsinin Tokioda yanğında öldüyü güman edilir
Maraqlı
Dünən, 17:05
Sarımsağın orqanizmə zərərləri
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib
İran və Azərbaycan arasında birgə hərbi təlim başlayıb
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib