Bakıda Mərakeş memarlığı nümayiş etdirilir - FOTO EKSKLÜZİV

“ASAN xidmət”də Mərakeş memarlığı nümayiş etdirilir
7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Mərakeş memarlıq irsi” adlı fotosərginin açılış mərasimi baş tutub.
Sərgi Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə reallaşdırılır.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Mərakeşin Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Öncə rəsmilər ölkəmizin milli brendi olan “ASAN xidmət”in beynəlxalq arendakı nailiyyətlərindən, bir neçə ölkədə bu təcrübənin tətbiqindən, eləcə də Mərakeşlə uğurlu əməkdaşlıqdan söz açıblar.
Diqqətə çatdırılıb ki, sözügedən sərgi mərkəzlərdə xidmətlərdən yararlanan vətəndaşların Mərakeş barədə biliklərinin genişlənməsinə və mənəvi dünyalarının zənginləşməsinə imkan verəcək.
Sonra mərkəzin bütün mərtəbələrində yerləşdirilmiş sənət əsərləri ilə tanışlıq baş tutub.
Qeyd edək ki, sərgi çərçivəsində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Mərakeş memarlığını əhatə edən sənət əsərləri bir həftə ərzində nümayiş etdiriləcək.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 13:00
Portağallı Ruleti
Cəmiyyət
Bu gün, 10:00
18 Sentyabr – Milli Musiqimizin Bayramı
Cəmiyyət
Dünən, 14:25
Xatirə İslamdan Tacir Şahmaloğluna sərt cavab: “Atam sağdır, hansı mahnını öyrətmisiniz mənə?”
Cəmiyyət
Dünən, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Dünən, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Dünən, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Lukaşenko Trampın xahişi ilə 14 xarici vətəndaşı əfv etdi
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?