Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

Keçmiş prezidentin nəvəsi vəfat edib

Keçmiş prezidentin nəvəsi vəfat edib
Con F. Kennedinin nəvəsi, tanınmış jurnalist və iqlim fəalı Tatiana Şlossberq xərçəng xəstəliyi ilə mübarizədən sonra həyatını itirib.

ABŞ-ın sabiq prezidenti Con F. Kennedinin nəvəsi,
jurnalist və iqlim fəalı Tatiana Şlossberq 35 yaşında vəfat edib. Ailəsi onun ölüm xəbərini Con F. Kennedi Kitabxanası Fondu vasitəsilə təsdiqləyib.

Tatiana Şlossberq bir müddət əvvəl ona aqressiv qan xərçəngi – kəskin mieloid leykoz diaqnozu qoyulduğunu açıqlamışdı. O, iqlim dəyişiklikləri mövzusunda yazıları və “Gözəgörünməz istehlak” adlı kitabı ilə tanınırdı.

Ulusum.az xəbər verir ki, bu barədə The New Yorker jurnalı məlumat yayıb.

Ona bir müddət əvvəl xərçəngin aqressiv forması diaqnozu qoyulmuşdu.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.