“ASAN xidmət”də Mərakeş memarlığı nümayiş etdirilir EKSKLÜZİV
2 may 2024-cü il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Mərakeş memarlıq irsi” adlı fotosərginin açılış mərasimi baş tutub.
Sərgi Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə reallaşdırılır.
ULUSUM.az saytının məlumatına əsasən, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Mərakeşin Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Öncə rəsmilər ölkəmizin milli brendi olan “ASAN xidmət”in beynəlxalq arendakı naliyyətlərindən, bir neçə ölkədə bu təcrübənin tətbiqindən, eləcə də Mərakeşlə uğurlu əməkdaşlıqdan söz açıblar. Diqqətə çatdırılıb ki, sözügedən sərgi mərkəzlərdə xidmətlərdən yararlanan vətəndaşların Mərakeş barədə biliklərinin genişlənməsinə və mənəvi dünyalarının zənginləşməsinə imkan verəcək.
Sonra mərkəzin mərtəbələrində yerləşdirilmiş sənət əsərləri ilə tanışlıq baş tutub.
Sərgi çərçivəsində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Mərakeş memarlığını əhatə edən sənət əsərləri bir həftə ərzində nümayiş etdiriləcək.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
