Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
27 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə bilik yarışı təşkil olunub.
Ulusum.az-a bölgə müxbirinin verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bilik yarışında 8 komanda — Zəfər, Qarabağ, Xarıbülbül, Azər, Xudayar, Şuşa, Uğur və Turan komandaları təmsil olunub.
Ümumilikdə 46 nəfər gənc iştirakçı bilik və bacarıqlarını nümayiş etdirib.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, əsas hədəf Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik dəyərlərinin gücləndirilməsidir.
O, layihəyə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə edib.
Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Əziz Məsmalıyev Azərbaycan Ordusunun gücü, milli birliyin əhəmiyyəti və şəhidlərimizin qəhrəmanlıq yolundan danışıb.
O, gəncləri vətənə sədaqət, dövlətçilik dəyərlərinə bağlılıq, elmə maraq və sağlam həyat tərzi ruhunda yetişməyə çağırıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:
I yer — Xarıbülbül komandası
II yer — Zəfər komandası
III yer — Şuşa komandası
Qalib komandalar medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.

Ulusum.az / E.Quliyev

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
---
24-12-2025, 18:08
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olundu
Sağlamlıq
24-12-2025, 14:00
Yağlı pendir alzheimer xəstəliyi riskini azalda BİLƏR
Populyar Xəbərlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
ABŞ-da qocalar evində partlayış olub, 2 nəfər ölüb VİDEO
Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO
Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb