Arəstə Baxışovanın DOĞUM GÜNÜDÜR!

Bu gün torpaq uğrunda mübarizədə canını fəda edən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın doğum günüdür.
Ulusum.az xəbər verir ki, o, Vətən yarasına məlhəm olan kişi qeyrətli AZƏRBAYCAN xanımı kimi tarixə düşdü...
Çavuş Arəstə Baxışova Vətən müharibəsinin qızğın günlərində Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə ən qaynar nöqtədə, elə döyüş meydanında tibbi yardım göstərib. O, 1 aya qədər müddətdə kişilərlə çiyin-çiyinə səngərdə, meşədə yaralılara yardım edib. Başına güllə yağa-yağa yaralanan hərbçi qardaşlarını böyük əziyyətlə atəş altından çıxarıb, neytral əraziyə gətirib..
Arəstə oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı zabiti döyüş meydanından çıxararkən şəhidlik məqamına yüksəlib. Beləliklə, onun son iş yeri Vətən savaşının ən qaynar nöqtələri olub. O, Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Vətən səni unutmayacaq. Ruhun şad olsun!

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türkiyə / Texnologiya
Bu gün, 19:00
Ərdoğan “T10F”i sınaqdan keçirdi - FOTO
Dünya
Bu gün, 16:00
Zelenski deyir ki, Trampla ən yaxşı danışığını edib
Hadisə
Bu gün, 14:40
Yol qəzası faciəyə çevrildi: Şəhid atası həlak oldu
Sağlamlıq
Bu gün, 14:00
Menopauza dövründə hormon əvəzedici terapiya
Texnologiya
Bu gün, 13:00
"WhatsApp"-da yeni nələr var?
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Xəzər Universitetinin Məzun Günü mərasimi
İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO
Tramp İranın dördüncü nüvə obyektinə sahib ola biləcəyini istisna etmədi