İrəvan silkələndi: HÜCUM OLACAQ?

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin noyabrda keçiriləcəyini, ancaq bu tarixin qabağa çəkilə biləcəyini deyib, seçkiyə hazırlıqla bağlı seçki komissiyalarına tapşırıq verib.
ULUSUM.az bildirir ki, Azərbaycanda parlament seçkilərinin vaxtından əvvələ çəkilməsi ehtimalı Ermənistanda panika yaradıb.
Bu ölkənin "türkoloq"u, "alim"i, "araşdırmaçı"sı Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanda böyük ehtimalla növbədənkənar parlament seçkiləri keçiriləcək və bu, Ermənistana hazırlanacaq yeni hücumla bağlı ola bilər.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayına düşür. Ancaq 11-24 noyabr tarixlərində ölkəmizdə beynəlxalq miqyaslı tədbir - COP29 keçiriləcək. Bu irimiqyaslı tədbiri, ölkəmizə ən azı 80 min qonağın və onlarla dövlət başçısı, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin gələcəyini nəzərə alaraq, seçkilərin vaxtının dəyişdirilməsi gündəmdədir.
Konstitusiyaya görə, parlament seçkilərinin vaxtı uzadıla bilməz, bu halda parlament qeyri-legitim sayılır, ancaq qabağa çəkilə bilər. Buna görə də Azərbaycanda parlament seçkilərinin yay aylarına çəkiləcəyi gözlənilir.
Bunun Ermənistana hücuma nə aidiyyəti var və ümumiyyətlə, ermənilər Azərbaycanda bütün hadisələrdən niyə xoflanırlar? - məlum deyil.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 13:30
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi şəkildə tanıdı
Sağlamlıq
Bu gün, 12:00
Beynin qan dövranını yaxşılaşdıran pəhriz açıqlandı
Dünya
Bu gün, 11:30
ABŞ-İran münasibətləri ilə bağlı Trampdan siqnal: Onlar mənimlə danışmaq istəyirlər
Cəmiyyət
Bu gün, 10:09
"Melissa Group"un zədələdiyi ev söküldü
Siyasət
Bu gün, 10:04
Pezeşkian Xankəndidə İƏT sammitində iştirak edəcək
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Xəzər Universitetinin Məzun Günü mərasimi
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Tramp Xameneini ölümdən qurtardığını deyir