Sabiq məmurun oğlu qadının üstünə benzin töküb YANDIRDI...

Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə ULUSUM.az-a Tovuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin sabiq müdiri Rasim Tağıyevin oğludur. O, bir neçə gün əvvəl mediaya açıqlamasında T.Məmmədovanın oğlu Röyalı şərlədiyini, onun özünü yandırdığını iddia etmişdi.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 15:00
Mehmet Aslantuğ ekranlara geri dönür – "Qadağan olunmuş bir eşq hekayəsi ilə"
Hadisə
Bu gün, 13:58
FHN Sabunçu bazarında yanğın: 200 m² sahə zərər gördü
Şou-biznes
Bu gün, 13:30
Meryem Üzerli və Kaan Urgancıoğlu ilə “Antalya Gambit”də Romantika və Macəra - FOTO - VİDEO
Mədəniyyət
Bu gün, 13:30
Səsi ilə hər kəsin qəlbini fəth etdi – 11 yaşlı Raulun musiqi sevgisi - VİDEO
Dünya
Bu gün, 13:00
Musk, Trump ilə bağlı Epstein mesajını sildi
İqtisadiyyat / Cəmiyyət
Bu gün, 12:52
Qara siyahı kredit almaqda risk amili sayılır
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?