“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb

“Ulduz” jurnalının xüsusi buraxılışı Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklər” dərgisində oxuculara təqdim edilib.
"Ulusum".az xəbər verir ki, “Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, bundan əvvəl - 2024-cü ilin sentyabr ayında “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışı Azərbaycanda - “Ulduz” jurnalında çap olunub.
"“Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu. İndi isə “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap edilib. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni, əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”.
Qeyd edək ki, “Ulduz” jurnalının xüsusi sayının təqdimatının keçiriləcəyi gözlənilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
“Bananı da yumaq lazımdır!” – Ekspert