Bu gün, 09:30 0 Dünya

Zaporojyeyə hücum: Rusiya nəyi hədəfləyir?

Zaporojyeyə hücum: Rusiya nəyi hədəfləyir?
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) Telegram hesabında yayılan məlumata görə, Rusiya ordusu Zaporojye şəhərinə hava hücumu həyata keçirib.

Hücum nəticəsində 19 nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, Zaporojyedə axtarış-xilasetmə işləri davam edir. Onun sözlərinə görə, hücum zamanı şəhərdəki avtovağzal, klinika və digər mülki infrastruktur obyektləri hədəfə alınıb.

Zelenski həmçinin Rusiyanın bu gün Ukraynanın digər bölgələrinə də zərbələr endirdiyini vurğulayıb:

"Cinayətləri dayandırmaq istəmirlər. Onların yeganə məqsədi Ukraynanı məhv etməyin yolunu tapmaqdır."


O, Moskvanın indiyədək atəşkəsin tətbiqi üçün heç bir addım atmadığını bildirərək Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalara çağırıb:

"Əgər Rusiya müharibəni dayandırmaq istəmirsə, onun iqtisadiyyatı dayandırılmalıdır."


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: