2 iyun - Mülki aviasiya işçilərinin peşə bayramı günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Məhz 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın əsası qoyulub.
Ulusum.az xəbər verir ki, respublikamızda mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimləməsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Qurum mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir.
Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə ölkəmizin mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir. Eyni zamanda, qurum Azərbaycanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.
Ölkəmizin mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam uyğundur.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Diaspora / Mədəniyyət
Bu gün, 20:31
Rabatda “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO
Dünya
Bu gün, 18:00
Mask deyir ki, ABŞ borc əsarətinə doğru gedir
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Sabir Rüstəmxanlı – Əbədi Sevginin və Milli Ruhun Səsi
Misralarla danışan ömür: Sabir Sarvanın iz qoyan sözləri