22-07-2025, 10:30 0 Dünya

Ukrayna və Rusiya nümayəndələri yenidən İstanbulda görüşür

Ukrayna və Rusiya nümayəndələri yenidən İstanbulda görüşür
Ukrayna və Rusiya nümayəndələri bu həftə İstanbulda üçüncü danışıqlar raundunu keçirəcəklər. Danışıqlar çərşənbə günü, iyulun 23-nə planlaşdırılıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətində deyilir.

Zelenski əlavə edib ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla yeni əsir mübadiləsi və Türkiyədə Rusiya nümayəndə heyəti ilə növbəti görüşün hazırlığını müzakirə edib.

“Umerov məlumat verdi ki, görüş çərşənbə günü planlaşdırılıb. Sabah daha çox detalları biləcəyik,” – deyə prezident qeyd edib.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: