21-07-2025, 11:00 0 Dünya

Kabildə minlərlə qadın “geyim kodeksi pozuntusu” səbəbindən həbs edilir

Kabildə minlərlə qadın “geyim kodeksi pozuntusu” səbəbindən həbs edilir
Kabildə onlarla gənc qadın, Talibanın “Fəzilətin Təbliği və Günahların Qarşısının Alınması” Nazirliyinin əməkdaşları tərəfindən geyim qaydalarını pozduqları iddiası ilə həbs olunub. Həbs əməliyyatları paytaxtın bir neçə rayonunda həftəsonu ərzində baş tutub, xəbər verir Afghanistan International.

Əxlaq polisi əməkdaşları Kələ-ə Fatullah və Kotə Sangi rayonlarında əməliyyat keçirib. Şahidlərin sözlərinə görə, əməkdaşlar restoranlara və ticarət mərkəzlərinə soxulub, qadınları küçələrdən zorla apararaq izahat vermədən naməlum istiqamətə aparıblar.

Vəziyyət yalnız bu rayonlarla məhdudlaşmayıb. Məlumatlara görə, keçən həftə ərzində təxminən 100 qadın Kabilin mərkəzi və qərb rayonlarında — Şəhər-e Nau, Daşt-e Bərçi — oxşar səbəblərlə həbs olunub. Həbslər bazarlarda, küçələrdə və hətta xəstəxanalarda baş verib, lakin qadınlara qarşı rəsmi ittiham irəli sürülməyib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: