17-07-2025, 17:00 0 Dünya

Zelenski komandasını dəyişir? – Kiyevdə yeni hökumət formalaşır

Zelenski komandasını dəyişir? – Kiyevdə yeni hökumət formalaşır
Ukrayna Prezidenti Vladimir Zelenskinin partiyası “Xalqın Xidmətçisi”nin Ali Radadakı fraksiyasının rəhbəri və Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Davit Arahamiya yeni hökumətin mümkün tərkibini təqdim edib. Bu barədə onun Telegram kanalında məlumat verilib.

Paylaşımda qeyd olunur ki, baş nazir postuna birinci baş nazir müavini Yuliya Sviridenko namizəd ola bilər, müdafiə naziri postuna Denis Şmıqal, rəqəmsal transformasiya naziri Mixail Fyodorov isə birinci baş nazir müavini vəzifəsinə irəli sürülə bilər.

İnfrastruktur və ərazilərin inkişafı naziri Aleksey Kuleba və Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə nazir Taras Kaçka isə vitse-premyer postlarına namizəd göstərilirlər.

Arahamiya bildirib ki, Ali Rada bu namizədləri növbəti iclasda müzakirə edəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: