Netanyahu deyir ki, Osmanlı İmperiyası geri dönməyəcək

İsrailin Baş naziri Benyamin Netanyahu, Argentinanın Prezidenti Xavyer Mileyin səfəri çərçivəsində İsrail parlamenti Knessetdə çıxış edib.
Netanyahu çıxışında bildirib ki, 19-cu əsrin ikinci yarısından etibarən Argentina yəhudilər üçün sığınacaq yerinə çevrilməyə başlayıb. Onun sözlərinə görə, təkcə Şərqi Avropadan deyil, Osmanlı imperiyasından da yəhudilər iqtisadi çətinliklər və "antisemitizm" səbəbilə Argentinaya köç ediblər.
🔹 Osmanlı ilə bağlı açıqlama
Netanyahu Osmanlı imperiyasından danışarkən belə deyib:
"Bəziləri mənimlə razılaşmasa da, Osmanlı İmperiyasının yaxın vaxtlarda geri dönəcəyini düşünmürəm. Geri dönməyəcək."
O, eyni zamanda yəhudilərin Argentinada məskunlaşmasına və koloniyalar qurmasına böyük sərmayə qoyan Moris de Hirşdən bəhs edib və qeyd edib ki, Theodor Herzl Argentinanı üstün tutmasa da, bu ölkə yəhudilər üçün çox önəmli yerə çevrilib.
Netanyahu 1967-ci ildə Şərqi Qüdsün işğalına toxunaraq belə deyib:
"58 il əvvəl Qüdsü yenidən birləşdirdik və buradakı dostlarımın adından söz verirəm: bir daha bölünməyəcək."
İsrailin Şərqi Qüdsdə müsəlman və xristian fələstinlilərə inanc və ibadət azadlığını məhdudlaşdırdığı bilinməsinə baxmayaraq, Netanyahu İsrailin Qüdsdə inanc azadlığını təmin edən bir dövlət olduğunu iddia edib.
Çıxışının sonunda Netanyahu İranı hədəfə alaraq bildirib ki, İran İsrailə qarşı müharibə aparır və "biz İranı ciddi şəkildə çökdürmüşük, lakin təhlükə hələ də davam edir".
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Bu gün, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Bu gün, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Bu gün, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Bu gün, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Maraqlı
Bu gün, 11:00
Sevgi necə uzunömürlü olur? Cavab sadədir…
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı