Niderlanddan Avropaya Sürpriz: Vildersin yüksəlişi Brüsseli silkələyə bilər?

Niderlandda yaranmış siyasi böhran Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçün ciddi problemə çevrilə bilər. “Vzglyad” nəşrinin yazdığına görə, baş nazir Dik Sxofun istefasından sonra keçiriləcək növbədənkənar seçkilərdə azadlıq partiyasının lideri, tanınmış avroskeptik Geert Vildersin hakimiyyətə gəlmə ehtimalı böyükdür.
Jurnalist Dmitri Bavırin xatırladır ki, Vilders əvvəllər də Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərinə görə hökumət böhranına səbəb olub. O, Aİ-nin miqrasiya siyasətinə, Ukraynanın bloka daxil edilməsinə və Brüsselin səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxır.
Əgər Vilders hakimiyyətə gələrsə, Ursula fon der Lyayen üçün Macarıstanın baş naziri Viktor Orban kimi yeni bir “başağrısı”na çevrilə bilər. Keçmiş baş nazir Mark Ryuttenin NATO rəhbəri olması da artıq ölkə daxilində avroskeptiklərə qarşı əngəl yaratma gücünü əlindən alıb.
Jurnalist vurğulayır ki, Niderland kimi sabit siyasi ənənələrə malik ölkələr Brüsselin daxili işlərinə sərt müdaxiləsinə icazə vermir. Ölkədə avroskeptiklərin artan populyarlığı Vildersin qələbəsini real ssenariyə çevirir və bu da Aİ rəhbərliyi üçün ciddi çətinlik yarada bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə