5-06-2025, 14:00 0 Dünya

Papa 14-cü Leo Putinə: “İndi sülh jesti et, yoxsa məsuliyyət sənə aiddir!”

Papa 14-cü Leo Putinə: “İndi sülh jesti et, yoxsa məsuliyyət sənə aiddir!”
Papa 14-cü Leo ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün günorta saatlarında baş tutan telefon danışığı ilə bağlı Vatikan Mətbuat İdarəsindən yazılı açıqlama verilib.

PAPA RUSİYAYA BARİŞ JESTİ EDİLMƏSİNİ TƏLƏB EDİB

Açıqlamada bildirilir ki, görüş zamanı qarşılıqlı maraq doğuran mövzularla yanaşı, xüsusilə Ukraynadakı vəziyyət və sülh məsələsinə xüsusi önəm verilib. Papa Rusiyaya sülhü təşviq edəcək bir jest etməsi çağırışında bulunub, tərəflər arasında müsbət əlaqələrin qurulmasının və münaqişəyə həll tapmaq üçün dialoqun vacibliyini vurğulayıb.

İNSANİ VƏZİYYƏT VƏ YARDIMLAR MÜZAKİRƏ EDİLİB

Görüşdə iki lider insan vəziyyəti, yardımların aidiyyəti bölgələrə çatdırılması, əsir mübadiləsi üçün aparılan səylər və bu kontekstdə əvvəlki Papa Fransiskusun Ukraynada sülh üçün təyin etdiyi xüsusi nümayəndə Kardinal Matteo Maria Zuppi-nin işlərinin önəmi müzakirə olunub.

Vatikanın açıqlamasında həmçinin qeyd edilib ki, Papa 14-cü Leo Putinin görüş zamanı, Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin ona papalıq təyin olunanda göndərdiyi təbrikə təşəkkür edib və "Papa ümumi xristian dəyərlərinin sülh axtarışında, həyatın müdafiəsində və həqiqi dini azadlığın təqibində yol göstərici işıq ola biləcəyini vurğulayıb."

KREMLİNDƏN GÖRÜŞMƏYƏ AÇIQLAMA

Kremlin Sarayından verilən açıqlamada isə Putin Papaya bu böhranın siyasi-diplomatik yolla həllindən yana olduğunu və bunun üçün böhrana səbəb olan əsas amillərin aradan qaldırılmasının vacib olduğunu deyib. Putin Papaya, Ukrayna böhranının həllinə töhfə verməyə hazır olduğunu və Vatikanın humanitar məsələlərin həllində iştirakı üçün təşəkkürünü bildirib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: