Portuqaliyada 18 il əvvəl itkin düşən qızcığazın axtarışlarına yenidən başlanılıb

Almaniya Federal Polis İdarəsinin sorğusu əsasında Portuqaliyada hüquq-mühafizə orqanları Maddie Makkan adlı britaniyalı qızcığazın itkin düşməsi ilə bağlı axtarışlara yenidən başlayıblar. Bu barədə Guardian məlumat yayıb.
Məlumata görə, portuqaliyalı polis və xilasedicilər almaniyalı həmkarları ilə birlikdə Praia da Luz kurort qəsəbəsi yaxınlığında yerləşən tərk edilmiş binaların ətrafındakı quyular, su hövzələri və sıx bitki örtükləri olan sahələri araşdırırlar. Onlar yeraltı qalıqlar və sübutların axtarışı üçün xüsusi texnikadan istifadə edirlər.
Axtarış sahəsində dron istifadəsinə qadağa qoyulub, jurnalistlərin əraziyə girişinə icazə verilmir. Bir neçə ərazi təmizlənib, bir quyu isə tamamilə boşaldılıb. Axtarışların həftənin sonuna qədər davam edəcəyi gözlənilir.
Maddie Makkan 2007-ci ilin may ayında, ailəsi Portuqaliyada istirahətdə olarkən, Praia da Luz kurortundakı apartamentdən 3 yaşında oğurlanmışdı. Onun valideynləri hadisə zamanı yaxınlıqdakı restoranda nahar edirdilər. Qızın yoxa çıxması beynəlxalq rezonans doğursa da, nə özü, nə də oğrusu tapıla bilməmişdi.
Yalnız 2020-ci ildə britaniyalı polis bu hadisədə azyaşlılara qarşı cinsi zorakılığa görə məhkum olunmuş 43 yaşlı alman vətəndaşı Kristian Brükneri şübhəli şəxs kimi göstərmişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə