G7 Sammiti Kanadada baş tutacaq – Trampla fikir ayrılığı ortaq bəyanata imkan vermir

15–17 iyun tarixlərində Kanadada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinin iştirakçıları, ABŞ prezidenti Donald Tramp ilə digər liderlər arasında fikir ayrılıqlarını qabartmamaq üçün, elə əvvəlcədən ortaq bəyanat qəbul etməkdən imtina edə bilərlər. Bu barədə aparıcı Yapon iqtisadi nəşri Nikkei məlumat yayıb.
Məlumata görə, hazırda ümumi sənəd layihəsinin hazırlanması ilə bağlı heç bir müzakirə aparılmır. Bunun əvəzinə, yeddi ayrı sənədin qəbul olunması nəzərdə tutulur. Bu sənədlərdə faydalı qazıntılar, süni intellekt, infrastruktur və miqrasiya problemləri sahəsində əməkdaşlıq məsələləri əks olunacaq.
Qlobal ticarət və Rusiya ilə münasibətlərə dair mövzular isə gündəlikdən çıxarılıb, çünki nəşrin fikrincə, bu məsələlərdə Tramp və digər G7 liderləri arasında aradan qaldırılması mümkün olmayan fikir ayrılıqları mövcuddur.
Qeyd olunur ki, 2018 və 2019-cu illərdə də, Trampın ilk prezidentliyi dövründə, G7 sammitlərində ortaq bəyanat qəbul etmək ciddi çətinliklərlə müşayiət olunmuşdu.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
Elmira Qədirovadan: “Səs Salan Şokolad Tortu”
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
BDU-da “Open the Door” Karyera Festivalı: Gənclər üçün Yeni Fürsətlər Platforması FOTO VİDEO
Daxili işlər naziri Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək