Baydenin Əfv Qərarları Təhqiqat Altında: Ed Martin Hərəkətə Keçdi

ABŞ-ın Əfv üzrə Vəkili Ed Martin, Prezident Co Baydenin verdiyi bəzi əfv qərarlarını araşdırmağa başladığını açıqlayıb.
Martin bu vəzifəyə sabiq prezident Donald Tramp tərəfindən təyin edilib və araşdırma əsasən Baydenin prezidentliyinin son günlərində imzaladığı əfv fərmanlarına yönəlib. O, bu əvfər arasında Baydenin ailə üzvlərinə, keçmiş rəsmilərə — o cümlədən Dr. Antoni Fauçi və general Mark Milley-ə verilmiş əfv qərarlarının hüquqi əsaslarını və Baydenin həmin dövrdə əqli durumunun bu qərarları verməyə imkan verib-vermədiyini yoxlayır.
Bu araşdırma Demokrat Partiyası üzvləri tərəfindən ciddi şəkildə tənqid olunub. Onlar hesab edirlər ki, Martin tərəfindən aparılan araşdırmalar siyasi motivlidir. Senator Adam Şiff onun təyinatına qarşı çıxacağını və Martin haqqında hüquqi araşdırma başlatmaq üçün təşəbbüs göstərəcəyini bildirib.
Qeyd edək ki, Ed Martin eyni zamanda Ədliyyə Nazirliyinin Bayden administrasiyası dövründə guya siyasi məqsədlərlə istifadə edilmiş hüquqi mexanizmləri araşdırmaq üçün yaradılmış "Siyasi Silahlandırma İşçi Qrupuna" da rəhbərlik edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə