Dünən, 15:00 0 Dünya

Kosmosda yerləşəcək raket əleyhinə sistemə 175 milyard dollar!

Kosmosda yerləşəcək raket əleyhinə sistemə 175 milyard dollar!
ABŞ "Qızıl Qübbə" adlı Raketdən Müdafiə Sistemi (RMS) üçün nəzərdə tutulan arxitekturanı müəyyən edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Pentaqon rəhbəri Pit Hegsetlə birlikdə sistemin yaradılması üçün vəsait ayrıldığını elan edərkən bildirib.

“Əminliklə deyə bilərəm ki, biz bu qabaqcıl sistemin arxitekturasını rəsmi şəkildə müəyyən etdik. Bu sistemdə quru, dəniz və kosmosda – o cümlədən kosmosda yerləşdiriləcək sensorlar və tutucu raketlər kimi növbəti nəsil texnologiyalardan istifadə olunacaq”, – deyə Tramp vurğulayıb.

Tramp əlavə edib ki, layihənin ümumi dəyəri təxminən 175 milyard dollardır.

O, həmçinin bildirib ki, Kanada bu yeni nəsil müdafiə sisteminin qoruması altında olmaq istəyir və Vaşinqton bu məsələ ilə bağlı Ottava ilə danışıqlar aparacaq.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: