Pentaqon rəhbəri Pit Hegset qadınlarla bağlı müxtəliflik proqramını ləğv etdi

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Hegset sosial şəbəkə X-də (əvvəlki Twitter) “Qadınlar, Sülh və Təhlükəsizlik” (WPS) proqramının bağlandığını elan edib. Bu barədə Politico məlumat yayıb.
“Bu səhər Müdafiə Nazirliyində ‘Qadınlar, Sülh və Təhlükəsizlik’ (WPS) proqramını qürurla başa çatdırdım. WPS — BMT tərəfindən təşviq olunan və feministlər, sol yönümlü aktivistlər tərəfindən dəstəklənən bir proqramdır. Siyasətçilər bu proqram qarşısında baş əyirlər, amma ordu ondan nifrət edir”, — deyə Hegset bildirib.
21 aprel səhəri ABŞ Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Conatan Elliot bəyan edib ki, Hegset yaxın vaxtlarda vəzifəsini tərk edə bilər. Onun sözlərinə görə, son bir ayda Pentaqonda tam xaos və nizamsızlıq hökm sürür, bunun əsas səbəbi isə gizli məlumatların sızması və kütləvi istefalarla bağlı qalmaqallardır.
Elliot qeyd edib ki, bu vəziyyət Pentaqonun diqqətini hərbi fəaliyyətlərdən yayındıraraq, onu sonsuz intriqalar və dramlarla məşğul olmağa vadar edir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə