Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Ufada yerləşən “Nur” Tatar Teatrında sənədli film nümayiş olunub.

Tədbirdə iştirak edən azərbaycanlı tələbələrimiz müharibə dövründəki qəhrəmanlıqları dərin hörmətlə yad edərək, bu böyük zəfərin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha hiss ediblər. İkinci Dünya Müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində Azərbaycan nefti SSRİ üçün həyati əhəmiyyət kəsb edib, ümumi hasilatın 71%-i Azərbaycandan təchiz olunub. Ufa şəhəri, Başqırdıstanın mədəniyyət mərkəzi olaraq zəngin tarixi irsə sahibdir. Burada yerləşən “Nur” Tatar Teatrı, şəhərin mədəniyyətinin əvəzolunmaz bir hissəsidir. Ufada təhsil alan azərbaycanlı tələbələrimiz, bu teatrda keçirilən tədbirə qatılaraq yerli mədəniyyətə və sənətə dərin hörmətlərini bildiriblər.

"Ulusum.az" ın xüsusi müxbiri İ. Əliyev xəbər verir ki, tələbələrin teatrda göstərilən səhnələrə baxışı onlarda müharibənin insan həyatına təsirini daha dərindən anlamağa kömək edib və onları sülhün əhəmiyyəti barədə düşünməyə sövq edib. Teatrın baş rollarında Başqırdıstanın xalq artisti Fina Valeyeva, Tatarstanın əməkdar artisti İrina Qəniyeva, Gülnaz Biktimerova, Tazet Dinova, Dinar Timerşaexov və digər istedadlı aktyorlar çıxış ediblər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Bu gün, 20:11
Aida Tağızadə vəfat etdi
Hadisə
Bu gün, 20:04
Siyəzəndə zəlzələ oldu
Texnologiya
Bu gün, 18:30
Rusiya öz peyk internetini yaradır
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO