ABŞ-da iqtisadi böhran və Trampın siyasətinə qarşı narazılıqlar artmaqdadır

ABŞ Prezidenti Donald Tramp, mandatının ilk 100 günü nəticəsində son 80 ildə ən aşağı təsdiq reytinqini alıb. Bu, ABC telekanalı, The Washington Post qəzeti və Ipsos sosial xidmətinin birgə apardığı sorğunun nəticələrinə əsaslanır. Əvvəlki minimum da 2017-ci ildə Trampa məxsus olub.
Sorğuya görə, amerikalıların yalnız 39%-i Trampın ikinci prezidentlik dövrünün ilk 100 günü ərzindəki fəaliyyətini dəstəkləyir — bu, son 80 ildə ən pis göstəricidir. Eyni zamanda, amerikalıların 55%-i Trampın fəaliyyətini bəyənmir.
Sorğu həmçinin göstərir ki, vətəndaşların 72%-i yaxın zamanda iqtisadi durğunluq gözləyir və bunu Trampın iqtisadi siyasəti ilə əlaqələndirirlər. Digər 73%-i isə mövcud iqtisadi vəziyyəti böhran kimi qiymətləndirir. Bundan əlavə, amerikalıların 53%-i yanvar 2025-ci ildən etibarən vəziyyətin pisləşdiyini qeyd edir və 71%-i prezidentin gömrük rüsumları ilə inflyasiyanın artması arasında birbaşa əlaqə görür.
Bununla yanaşı, 67%-i doğumla vətəndaşlıq hüququnun ləğv edilməsinə qarşıdır, 58%-i dövlət aparatının (DOGE) kiçildilməsindən narahatdır, 56%-ı prezidentin səlahiyyət hədlərini aşdığını düşünür, 46%-i isə onun Rusiya ilə bağlı siyasətini "çox yumşaq" hesab edir. Ancaq bütün tənqidlərə baxmayaraq, amerikalılar Trampa, demokratlardan daha çox, əsas problemlərin həllində etibar edirlər.
22 aprel tarixində məlum oldu ki, ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin təsdiq reytinqi, onun Ağ Evə qayıdışından bəri ən aşağı səviyyəyə enib. Ipsos-un Reuters üçün apardığı bir sıra sorğulara görə, yalnız 42% amerikalılar hazırkı respublikaçının siyasətini dəstəkləyir, 53%-i isə onun fəaliyyətindən narazıdır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə