25-04-2025, 09:30 0 Dünya

Harvard Trampın təzyiqi fonunda 1 milyard dollarlıq aktivlərini satır

Harvard Trampın təzyiqi fonunda 1 milyard dollarlıq aktivlərini satır
Harvard Universiteti aktivlərinin satışına dair danışıqlar aparır. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Söhbət 1 milyard dollar (təxminən 83 milyard rubl) məbləğindəki aktivlərdən gedir. Satışın əsas səbəbi ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən maliyyələşdirmənin bloklanmasıdır.

Qərar, ali təhsil müəssisəsinin xüsusi fonduna aid səhmlər portfelinə təsir göstərə bilər. Universitetin rəhbərliyi Jefferies Financial Group ilə əməkdaşlıq edir ki, onun vasitəsilə Lexington Partners adlı investisiya şirkətinə səhmləri ötürsün. Müqavilənin şərtləri hələ razılaşdırılmayıb, danışıqlar ilin sonunadək davam edəcək.

Qeyd olunur ki, Harvard Universiteti səhmlərin satışına dair cəhdlərinə hələ 2024-cü ilin payızında başlamışdı. Bu zərurəti universitet rəhbərliyi Trampın prezident seçilməsindən dərhal sonra anlayıb.

✍️"Ulusum".az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: