Azərbaycan Kino Günləri İstanbulda keçiriləcək! 🎬

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişə əsasən, 28–30 aprel 2025-ci il tarixlərində İstanbul şəhərində “Azərbaycan Kino Günləri” təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Kino Günləri çərçivəsində, son illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi baş tutacaq. Tədbirin açılış mərasimi İstanbul şəhərində yerləşən Atlas Cinemada həyata keçiriləcək.
Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq. Bu tədbir, iki ölkə arasında kino sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə