24-04-2025, 09:00 0 Dünya

Deyirlər ki, Trampın səbri tükənib

Deyirlər ki, Trampın səbri tükənib
"ABŞ prezidenti Donald Tramp Ukraynadan Krımı Rusiya kimi tanımasını tələb etmir".

Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt bəyanat verib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarını media vasitəsilə aparmaq cəhdini qəbuledilməz adlandırıb.

“Prezident Trampın da haqlı olaraq qeyd etdiyi kimi, Krımın 2014-cü ildə Rusiya tərəfindən işğal olunmasına məhz prezident Obama şərait yaratdı. Prezident Tramp Ukraynadan Krımı tanımasını istəmir. Heç kim bunu onlardan tələb etməyib. O sadəcə olaraq tərəflərin danışıqlar masasına əyləşməsini istəyir, çünki bu müharibə artıq çoxdan bəri çox amansızdır. Yaxşı bir razılaşma üçün hər iki tərəf bir qədər narazı qalmalıdır. Təəssüf ki, prezident Zelenski sülh danışıqlarını media üzərindən aparmağa çalışır, bu isə prezident üçün qəbuledilməzdir. Danışıqlar qapalı qapılar arxasında aparılmalıdır. Prezidentin milli təhlükəsizlik komandası və müşavirləri bu müharibəni bitirmək üçün çox zaman, enerji və səy sərf edib. Amerika vergi ödəyiciləri bu səylərə milyardlarla dollar ayırıb. Bəsdir. Prezident məyusdur. Onun səbrinin sonudur. O, dünyada düzgün olanı etmək istəyir. O, sülh görmək istəyir. O, qətlləri dayandırmaq istəyir. Amma bunun üçün münaqişənin hər iki tərəfi buna hazır olmalıdır. Təəssüf ki, prezident Zelenski düzgün istiqamətə getmir kimi görünür,” – deyə Livittin bəyanatında bildirilib.

✍️ "Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: