Saməddin Əsədova yüksək vəzifə verilib
Saməddin Əsədov Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilib.
“Ulusum”.az xəbər verir ki, o, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi ("Azərkosmos") ASC-nin İdarə Heyətinin sədri olub.
Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Nazirlikdən bildirilib ki, "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsinə hələ təyinat yoxdur.
Xatırladaq ki, S.Əsədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 2021-ci ildə "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib, 2011-2014-cü illərdə burada müxtəlif vəzifələrdə çalışıb. 2007-2011-ci illərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil departamentinin əməkdaşı olub.
S.Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili alıb, ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak edib, eyni zamanda ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirib.
2024-cü ildə Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti təyin edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi