Soft Matter: Dərmanlar orqanizmə mikroskopik robotlar vasitəsilə çatdırılacaq
Amerikalı alimlər xəstə orqanizmində dərmanların dəqiq şəkildə çatdırılması üçün yeni bir üsul tapıblar. Araşdırma Soft Matter jurnalında dərc edilib.
Havay Universitetinin Manoa filialından olan mütəxəssislər "Janus hissəcikləri" adlanan mikroskopik robotlar inkişaf etdiriblər. Bu robotları orqanizmin kimyəvi siqnallarını tanıyıb onlara uyğun hərəkət etməyə öyrədiblər, eynən bakteriyaların qida tapma şəkildə.
Alimlər aşkar ediblər ki, bu mikrorobotlar xemotaksisə — kimyəvi qıcıqlara reaksiya vermək qabiliyyətinə malikdir. Təcrübə zamanı onlar Janus hissəciklərinin yaxınlığında kimyəvi bir yapışqan yerləşdirib, robotlar ona doğru hərəkət etməyə başlayıblar. Alimlər bu cür robotları orqanizmə dərmanları hədəfli şəkildə çatdırmaq üçün "çatdırılma xidməti" olaraq istifadə etməyin mümkün olduğunu qeyd ediblər.
"Bütün orqanizmi yan təsirlər yarada bilən dərmanlarla doldurmaq əvəzinə, bu mikroskopik robotlar birbaşa problemli sahəyə — infeksiya, şiş və ya zədə olan ərazilərə doğru 'üzə' bilər."- araşdırmanın həmmüəllifi Viviana Mankuzo bildirib.
Gələcəkdə alimlər mikrorobotların müxtəlif mühitlərdə necə davrandığını öyrənməyi planlaşdırırlar.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi