Telefonunuz dinlənilir? – Ekspertdən xəbərdarlıq
Smartfonun əsassız şəkildə isinməsi və batareyasının tez boşalması cihazın dinlənə biləcəyinə işarə ola bilər. Bunu Angara Security şirkətinin analiz və monitorinq şöbəsinin rəhbəri Nikita Novikov Prime agentliyinə bildirib.
Novikovun sözlərinə görə, əgər telefon gözləmə rejimində olarkən belə isinirsə, sürətlə enerji itirirsə və fon trafikində artım müşahidə olunursa, bu, zərərverici proqramların – o cümlədən məlumatların xarici serverlərə ötürülməsi ilə bağlı proseslərin işə düşməsinə dəlalət edə bilər.
Pərdənin arxasında nə baş verir? Telefonunuzda *#21# kodu ilə yönləndirmə olub-olmadığını yoxlaya bilərsiniz.
Ekspert həmçinin mobil operatorun şəxsi kabinetindən zəng və internet detallandırmasını yoxlamağı, habelə telefonda ikonası olmayan, rəsmi mağazalardan olmayan və mikrofon, kamera, geolokasiya kimi xidmətlərə giriş icazəsi olan tətbiqləri axtarmağı tövsiyə edir.
Novikovun fikrincə, gecələr və ya ekran bağlı vəziyyətdə internetə davamlı qoşulmalar da casus proqramların tipik əlamətidir.
Mütəxəssis deyir ki, xüsusi anti-casus skanerlərdən istifadə etmək mümkündür, lakin ən sadə və effektiv üsul – telefonu zavod parametrlərinə qaytarmaq və bütün hesabların şifrələrini dəyişməkdir.
Qeyd edək ki, bu yaxınlarda Apple, 100 ölkədəki istifadəçilərinə iPhone cihazlarına casus proqram təhlükəsi barədə xəbərdarlıq edib və iOS sistemlərini yeniləməyi tövsiyə edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi