Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO
“Ulusum.az”-a verilən xəbərə görə, Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva Londonda yerləşən London Transport Muzeyində möhtəşəm solo konsert proqramı ilə çıxış edib.
Pianoçu tədbirdə müxtəlif ölkələrdən olan bəstəkarların caz üslublarını klassik ənənələrlə birləşdirən əsərlərini təqdim etmiş və hər bir əsər, caz elementlərinin klassik musiqi ilə ahəngdar və unikal tərzdə necə qarışdırıldığını nümayiş etdirmişdir.
Bu əsərlər caz elementləri ilə klassik musiqi ənənələrinin unikal sintezini əks etdirir. İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin Etüd No.1, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərləri yer alıb.
Konsertə Azərbaycan Diasporunun uzvləri ailələri ilə və cox sayda həmyerlilərimiz qatılmışdılar.
Qeyd edək ki, Vüsalə Babayeva bir müddət öncə London Transport Muzeyinin Artisti seçilib.
O, Londonun ən prestijli ali musiqi məktəblərində təhsil alan və bu layihəyə seçilən 10 gənc musiqiçidən biridir.

Rəxşəndə İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi