Türk musiqisinin əfsanəsi son səfərinə yola salınıb - FOTO
Sənət dünyasının dəyərli simalarından biri olan Edip Akbayram, martın 2-də Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında orqan çatışmazlığından vəfat edib. Sənətçinin xatirəsi "Cemal Reşit Rey" Konsert Salonunda keçirilən mərasimlə yad edilib.
Mərasimdə sənətçinin ailəsi, yaxınları və sevdikləri ilə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, tanınmış sənətçilər Zülfü Livaneli, Ferhat Göçer, Suavi və sənət dünyasının bir çox tanınmış siması iştirak edib.
Türkü Akbayram, atasını yad edərkən səhnəyə kiçik qızı ilə çıxdı və emosional bir nitq söylədi: "Çoxunuzun Edip qardaşı mənim atamdır. Mənə həyat verən, yoluma işıq salan... Nə desəm də, onun bu ölkəyə qatdıqlarından daha mənalı olmayacaq. O, Atatürkün ideallarına sadiq qalaraq bu yurda dəyərli işlər qoyan bir insandı. Səninlə fəxr edərək yaşayacağam, ata. Əlvida."
Akbayram, Üsküdardakı Karacaahmet qəbiristanlığında dəfn edilib. Onun musiqisi və həyat felsəfəsi, onu sevənlər tərəfindən əbədi olaraq yad ediləcək.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi