Vudi Allen filmlərinin qəhrəmanı vəfat edib
Aktyor Toni Robertsin vəfatını qızı Nikol Berli açıqlayıb. Onun sözlərinə görə, aktyor uzun müddət ağır xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib. Toni Roberts ağciyər xərçəngi diaqnozu ilə müalicə olunurdu.
Toni Roberts 22 oktyabr 1939-cu ildə Nyu-Yorkda anadan olub. Musiqi və İncəsənət Məktəbində, daha sonra Şimal-Qərb Universitetində təhsil alıb. O, 1962-ci ildə Brodvey səhnəsində debüt edib və bir çox teatr tamaşalarında rol alıb. Roberts iki dəfə "Toni" mükafatına namizəd göstərilib.
Toni Robertsin kino sahəsində debütü 1971-ci ildə "Milyon Dollarlıq Ördek" və "Ulduzlarla Bəzədilmiş Qız" filmləri ilə olub. Onun yaradıcılığında Vudi Allenlə əməkdaşlıq xüsusi iz buraxıb.
Roberts Vudi Allenin altı filmində rol alıb. Bu filmlərə "Enni Holl", "Ulduz Tozu Xatirələri", "Yay Gecəsində Seksual Komediya" və "Hanna və Onun Bacıları" daxildir. Aktyor tez-tez rejissorun ən yaxın dostu obrazını canlandırıb.
Toni Robertsin xatirələrinə görə, Vudi Allen bir dəfə ona belə demişdi: “Sən mükəmməl idin. Bəs niyə dinləmələrdə bu qədər pis görünürsən?”
Roberts həmçinin "O, Qətl Yazdı" serialında, "Arvadları Dəyişmək" komediyasında və digər məşhur filmlərdə rol alıb. Aktyorun ekran qarşısındakı son çıxışı 2017-ci ildə "Çirkli Rəqslər" filminin remeykində Maks Kerman obrazı olmuşdur.
Səidə

[center]
[/center]
Səidə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi