Sezen Aksu 50 illik sənət yolunu yeni “Paşa Gönül Şarkıları” ilə qeyd etdi
Sezen Aksu sənət həyatının 50-ci il dönümünü yeni albümü “Paşa Gönül Şarkıları” ilə qeyd edir. Albom 27 iyun 2025-ci il tarixindən etibarən rəqəmsal platformalarda yayımlanıb.
Bu albomda həm Sezen Aksunun yeni bəstələri, həm də əvvəllər müxtəlif ifaçılar tərəfindən səsləndirilmiş mahnıların Sezen Aksunun öz səsindən təqdimatı yer alır və musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
12 mahnıdan ibarət albomda həm yenilər, həm tanış səslər
“Paşa Gönül Şarkıları”nda 12 mahnı yer alır. Albomdakı parçalar arasında:
Sen Ağla
Ey Aşk
Bana Sor
Bahçe kimi mahnılar sosial mediada tez-tez müzakirə olunan mövzulara çevrilib.
Xüsusilə “Sen Ağla” mahnısı dinləyicilərdə nostalji hissi oyadıb. 1984-cü ildə yayımlanmış və hələ də Sezen Aksunun ən tanınmış əsərlərindən biri sayılan “Sen Ağlama” ilə mövzu bağını davam etdirən bu yeni versiya daha əvvəl Sıla tərəfindən də ifa olunmuşdu.
Albom yalnız yeni mahnılardan ibarət deyil. Əvvəllər müxtəlif ifaçılar tərəfindən səsləndirilmiş bəzi mahnılar da Sezen Aksunun orijinal şərhləri ilə yenidən canlandırılıb:
Nanik – Daha əvvəl Gülben Ergen tərəfindən ifa edilmiş, Şinanay nakaratı ilə diqqət çəkir.
Şuh Nefes – Cenk Eren repertuarından tanınan bir parça.
Abanoz’daki Emine – İlk dəfə Levent Yüksel ilə səsləndirilmişdir.
Bu mahnılar vasitəsilə Sezen Aksunun illərlə formalaşan musiqi irsi öz səsi ilə dinləyici qarşısına çıxır.
“Geçer”dən “Gemiler”ə: illərarası duyğusal körpü
Sezen Aksunun 1988-ci ilin klassik mahnısı “Geçer”dəki “Geçer, geçer, daha öncekiler gibi bu da geçer…” misraları, yeni albomdakı “Gemiler” mahnısında “Karalar bağladım o da geçti, ağlamadım yağdım bu da geçti, geçiyormuş meğer geçiyormuş” sözləri ilə daxili bir davamlılıq yaradır. Bu isə sənətçinin yaradıcılığında lirika və emosional dərinliyin davamlı olduğunu bir daha göstərir.
Sonuncu dəfə səhnəyə 2016-cı ildə çıxmışdı
Sezen Aksu səhnəyə ən son 2016-cı ildə çıxmışdı. Aradan keçən 9 ildən sonra yayımlanan bu albom həm musiqi fəaliyyətinə qayıdış, həm də yarım əsrlik sənət yolunun yekunu kimi qiymətləndirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO