Monika Belluççi yeni Butterfly Jam-da
Fransada, Sen-Pol-sür-Mer şəhərindəki Prijan parkında məşhur aktrisa Monika Belluççi, Kantemir Balagovun "Kəpənək mürəbbəsi" (orijinal adı — Butterfly Jam) adlı yeni filminin çəkilişləri zamanı görüntüləndi. Bu barədə DeltaFM saytı məlumat yayıb.
Məlumatlara görə, Belluççi layihənin son çəkiliş günündə epizodik rolda iştirak edib. Filmin premyerası 2026-cı ildə, ehtimal ki, Kann Film Festivalının müsabiqə proqramında gözlənilir.
Qeyd edək ki, Balagov aprelin 7-də sosial şəbəkələrdə artıq çəkilişlərə başladığını açıqlamışdı. Filmin aktyor heyətində "İnişerin Bansiləri" filmindən tanıdığımız Barri Keoqan, "Çılğın Maks: Qəzəb yolu" filmindən Rayli Kio və "Harri Potter" filmlərində Dadli Darsli rolunu canlandıran Harri Melling də yer alır.
Film ingilis dilində çəkilir və Nyu-Cersidə yaşayan kəbardin mühacirlərin cəmiyyətində ata və oğul münasibətlərinə həsr olunur.
Xatırladaq ki, Kantemir Balagov 2017-ci ildə "Təngnəfəslik" filmi ilə rejissor kimi debüt etmişdi. Həmin film Kann Festivalında nümayiş olunmuş və "Xüsusi baxış" proqramında FİPRESİ beynəlxalq kino tənqidçiləri mükafatını qazanmışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi