Kevin Speysi zorakılıq ittihamlarından sonra kinoya geri qaytarılmasını istədi
Aktyor Kevin Speysi Kann Film Festivalında kino və televiziya sahəsində nailiyyətlərinə görə verilən hörmət mükafatını alarkən özünü bir vaxtlar “boykot edilmiş” əfsanəvi ssenarist Dalton Tramboya bənzədib. Bu barədə TMZ xəbər verir.
Təşəkkür nitqi zamanı o, kinoya geri qaytarılmasını istədiyini işarə edib — yadda salıb ki, Kirk Daglas “Spartak” filmində kommunist meylləri səbəbindən Hollivudun qara siyahısına düşmüş Trambonun adının ekran yazılarında qeyd olunmasını tələb etmişdi.
Məlumdur ki, Trambo öz inancına görə bir il həbsdə yatıb. Onun “Cəsur” və “Roma tətili” filmlərinin ssenariləri “Oskar” mükafatı qazanıb, amma Trambo özü qara siyahı səbəbindən statuetka ala bilməmişdi.
1990-cı illərdə, Trambonun ölümündən sonra, ona rəsmi olaraq “Roma tətili” filmi üçün “Oskar” verildi.
Kevi Speysi bir neçə nəfər tərəfindən seksual təcavüzdə ittiham olunsa da, həm ABŞ, həm də Böyük Britaniya məhkəmələri onu günahkar saymayıb. Lakin qalmaqal nəticəsində o, Hollivuddakı karyerasını itirib. Ona qarşı ittihamlar 2000-2010-cu illərə aiddir, həmin dövrdə aktyor Londonun “Old Vic” teatrının bədii rəhbəri olub. İlk seksual təcavüz ittihamları 2017-ci ildə irəli sürülüb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?