Atasının ölümündən sonra ağır sınaq: Filip Kirkorov doğma evini itirə bilər
Rusiyanın Federal Vergi Xidməti Filip Kirkorovun mərhum atası Bedros Kirkorovu ölümündən iki həftə sonra məhkəməyə verib. Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, 31 mart tarixində Moskvanın 9 saylı İqtisadi Vergi Müfəttişliyi Bedros Kirkorova qarşı məhkəməyə müraciət edib. Bildirilir ki, Kirkorovun atası dövlətə 31 min rubl (təxminən 530 AZN) vergi borcu qalırdı. Lakin məhkəmə bu iddianı qəbul etməkdən imtina edib.
Vergi borcu ödənilmədən Filip Kirkorov atasından ona miras qalan üçotaqlı mənzili rəsmi şəkildə əldə edə bilməyəcək. Bu mənzil Filip Kirkorov və müğənni Alla Puqaçovanın 1994-cü ildə evləndikdən sonra birgə yaşadığı ilk ailə evidir.
Mənzilin bir hissəsi əvvəllər Puqaçovaya məxsus olub, lakin boşandıqdan sonra ev Bedros və Filip Kirkorovların birgə mülkiyyətinə keçib. Hazırda həmin mənzilin dəyəri 80-100 milyon rubl (təxminən 1,3-1,6 milyon AZN) arasında qiymətləndirilir.
Qanunvericiliyə əsasən, Filip Kirkorov mirasa sahib çıxmazdan əvvəl altı ay gözləməlidir ki, başqa iddiaçılar ortaya çıxarsa, onların hüquqları qorunsun.
Bedros Kirkorov 18 martda uzun sürən sətəlcəmdən sonra 92 yaşında vəfat edib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi